!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Polis milli üzvlərimizin velosipedlərini qaytardı

!Reklam – Yazi

Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvlərinin polis tərəfindən saxlanıldığı barədə məlumat vermişdik.

Yenicag.az xəbər verir ki, ötən gün velosipedçilər buraxılsa da, velosipedləri cərimə meydançasında saxlanılmışdı. Yalnız hadisədən bir gün keçdikdən sonra velosipedlər sahiblərinə qaytarılıb. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib. Onun sözlərinə görə, idmançılara cərimə tətbiq olunmayıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılmış, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılmışdı.

COP29

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv