Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.
Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi “KİA” markalı 99-AV-917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az