Polisin paqonunu qopardı, həbs edildi

media-hightechnic-468x90

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zarafatlar edən şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, hadisə Nizami rayonunda Q.Qarayev prospektində baş verib. Kafedə dostu ilə yeyib-içən İsmayıllı sakini Elnur Fərəcov (şərti) oradan çıxdıqdan sonra bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görüb.

İttihama əsasən, bu zaman o, sürücüyə yaxınlaşıb onunla söhbət edib, zarafatlaşaraq ələ salmağa başlayıb. E.Fərəcovun aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq maneə törətməsinə görə polis əməkdaşı ona irad tutub. Polisin xidməti fəaliyyətini pozduğunu bildirib. Bu zaman Elnur polis əməkdaşı ilə mübahisə edərək əl-qol atıb. Daha sonra onun paqonunu dartaraq qoparıb.

Bu hərəkətlərindən dolayı E.Fərəcov Nizami rayon 25-ci polis şöbəsinə aparılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa