Premyer Liqa: “Qarabağ” səfərdə “Şamaxı”nı məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Yenicag.ax xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Sabah” “Qəbələ”ni qəbul edəcək. Turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u 3:2, “Kəpəz” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Neftçi” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600