Premyer Liqa: “Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşıb

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

media-banner_tuq

Yenicag.az-n məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Xallarının sayını 69-a çatdıran “Sabah” çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı “Qarabağ”ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.

Günün ilk görüşündə “Karvan-Yevlax” “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün “Turan Tovuz” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05