!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Bakıda işləyən qızla evləndi – FOTO

!Reklam – Yazi

91A5686C41575AE6C78AB36D10E78DDC0B8AD14C22085B6D7A777CC46A9B4B73Estoniyanın 62 yaşlı prezidenti Toomas Xendrik İlves Latviya Müdafiə Nazirliyinin 38 yaşlı əməkdaşı İyeva Kuptse ilə evlənib.

Məlumata əsasən geniş ictimaiyyət üçün qapalı keçirilən cütlüyün nikah mərasimi Estoniyanın Xaliste qəsəbəsindəki kilsədə təşkil olunub.

Nikah mərasimində yalnız yaxın dostlar və qohumlardan daxil olmaqla cəmi 40-dək qonaq iştirak edib. Nikah mərasimində İncildən çıxarışlar eston, latış və ingilis dillərində oxunub.

Jurnalistlər kilsəyə nikah mərasiminin sonunda buraxılıblar.

Latviya KİV-ləri yazır ki, Kuptse və İlves neçə illərdir tanışdırlar. Kupse ərli deyil, onun Latviyanın Yunanıstandakı səfiri İvars Pundurasdan bir oğlu var.

Y.Kuptse 2013-cü ilə qədər Aİ-nin Bakıdakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı olub. Bundan əvvəl isə Aİ-nin Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebinin müşaviri işləyib. Hazırda o, Latviya Müdafiə Nazirliyində kibertəhlükəsizlik üzrə koordinasiya mərkəzinə rəhbərlik edir.

Y.Kuptse habelə Latviya XİN-də və ölkənin NATO-dakı nümayəndəliyində də diplomatik vəzifələr tutub.

Bu, Estoniya prezidentinin üçüncü izdivacıdır.

61 yaşlı Tomas Hendrik İlves birinci arvadı ilə boşanandan sonra Evelin İlveslə evlənib. Lakin 2014-cü ildə 47 yaşlı Evelin İlves Tallindəki gecə barlarının birində tanış olduğu gənclə əylənərkən görüntüləri mətbuatda yayılıb.

Bu qalmaqaldan sonra Evelin bir müddət ölkəni tərk edib. Bu ilin aprelində isə onlar 11 illik nikahdan sonra rəsmən boşanıblar.(Azvision)

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv