Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.

Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.

Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olunub.

Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.

Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

media-69fae9ca17afa69fae9ca17afb177805152969fae9ca17af869fae9ca17af9 media-69fae9ca1080869fae9ca10809177805152969fae9ca1080669fae9ca10807 media-69fae9ca09cb469fae9ca09cb5177805152969fae9ca09cb269fae9ca09cb3 media-69fae9ca01a6a69fae9ca01a6b177805152969fae9ca01a6869fae9ca01a69 media-69fae9c9eb0b669fae9c9eb0b7177805152969fae9c9eb0b469fae9c9eb0b5

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05