Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Cənab Prezidentə minnətdaram”

media-hightechnic-468x90

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları təqdim edilib. Mükafatlandırılan şəxslər arasında tanınmış xanəndə, Əməkdar artist Təyyar Bayramov da yer alıb.

media-banner_tkm

Məşhur xanəndə sevinc təəssüratlarını saytımızla bölüşüb:

“Biz hər zaman cənab Prezidentin mədəniyyət və incəsənət xadimlərinə olan yüksək diqqət və qayğısını hiss etmişik. Bu ənənə bu gün də ardıcıl şəkildə davam edir. Həmin diqqətin növbəti təzahürü olaraq, bir qrup sənət adamı Prezident mükafatına layiq görüldü. Çox sevinirəm ki, mükafatlandırılan sənətkarlar sırasında mən də varam.

Bu mükafat bizi yeni yaradıcılıq uğurlarına ruhlandırır, məsuliyyətimizi daha da artırır. Səhnə fəaliyyətimə göstərilən bu yüksək qiymətə, böyük diqqət və qayğıya görə cənab Prezidentə səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05