Prezident qondarma soyqırımın müzakirəsindən imtina etdi

media-hightechnic-468x90

Bolqarıstan_parlamentiBolqarıstan parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı müzakirələri yenidən təxirə salıb.

media-banner_tkm

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, bu haqda deputat Volen Siderov aprelin 23-də Yerevanda keçirilən “Soyqırımı cinayətlərinin əleyhinə” qlobal ictimai-siyasi forumundakı çıxışında məlumat verib.

Onun sözlərinə görə, aprelin 24-də Bolqarıstan parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr və debat keçirilməli idi: “Mənə zəng edib dedilər ki, Bolqarıstan rəhbərliyi yenidən bu məsələnin müzakirəsini ləğv edib. Mən öz parlamentimizlə qürur duymuram. Nəyə görə belə alınır? Mən başa düşdüm ki, Türkiyə səfirliyi Bolqarıstana ciddi təzyiq göstərir, kobud şəkildə daxili işlərinə qarışır. Ancaq bolqar xalqı bu mövqeni bölüşmür”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05