Prezident Yeni il tətilinə yollanıb

media-hightechnic-468x90

14190510322099718475_750x500ABŞ prezidenti Barak Obama cümə günü bəyan edib ki, konqres tərəfindən 2015-ci il üçün qəbul olunmuş 577 milyard dollar həcmində hərbi büdcəni imzalayıb. Onun dediyinə görə, büdcə İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə üçün son dərəcə mühüm səlahiyyətlər təqdim edir, dünyada terrorizm təhlükəsi və böhranlarla bağlı meydana çıxan ehtiyaclara cavab verir.

Qanuna əsasən silahlı qüvvələrə 496 milyard baza xərcləri və əlavə olaraq xaricdə, o cümlədən Əfqanıstan, İraq və Suriyada hərbi əməliyyatlara 64 milyard dollar ayrılıb. Müdafiə büdcəsində Pentaqonun İŞİD qruplaşması yaraqlılarına qarşı əməliyyatlarına rəsmi dəstək nəzərdə tutulur. Həmçinin B.Obama Mərkəzi Kəşfiyyat İdarəsinin Suriya müxalifəti təmsilçilərinin hərbi təlimləri üzrə proqramını bəyənib, İraq hökumətinin və regiondakı kürdlərin dəstəklənməsinə vəsait ayırıb. Bundan əlavə, ABŞ-ın nüvə arsenalının yenidən silahlandırılmasına təxminən 18 milyard dollar yönəldilib.

Prezident hərbi büdcəni imzaladıqdan dərhal sonra Yeni il məzuniyyətinə yollanıb. Barak Obama qış tətilini ənənəvi olaraq Havay adalarında keçirir.

(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600