Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.
www.yenicag.az