!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən vacib fərman: Dəyişiklik edildi

!Reklam – Yazi

Prezident İlham Əliyev Prezidentin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, sənəddə deyilir:

“1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel tarixli 1644, 1645 nömrəli və 13 aprel tarixli 1662 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “yanında” sözü “tabeliyində” sözü ilə, “direktoru” sözü “İdarə Heyətinin sədri” sözləri ilə, “şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, rayon (şəhər) şöbələrinin rəhbərləri, onların müavinləri” sözləri “departament müdiri, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial və nümayəndəliklərinin rəhbərləri, onların müavinləri” sözləri ilə əvəz edilsin;

1.2. 14.1-ci bənddə “bu Siyahının 2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri “əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament müdiri, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial və nümayəndəliklərinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 aprel tarixli 1662 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.21-1-ci yarımbənd əlavə edilsin:

“3.1.21-1. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.19-1-ci yarımbənd əlavə edilsin:

“3.1.19-1. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;”;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.23-1-ci yarımbənd əlavə edilsin:

“3.1.23-1. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;”;

2.4. həmin Fərmanla təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilsin:

“3.1.25-1. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;”.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv