Prezidentdən yeni əfv sərəncamı

media-hightechnic-468x90

ilham eliyev esas 575Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və “Bakı 2015 I Avropa Oyunları” öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Modern.az saytına açıqlamasında məlumatlara aydınlıq gətirib:

“Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.

Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir:

“Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Modern.az-a açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.

Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05