!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyi ortadadır”-Rufiz Qonaqov

!Reklam – Yazi

imageBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu” mövzusunda konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Yeni Hədəflərə Doğru” Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.

Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.
Natiq Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planınln təsdiqlənməsi, Elektron Hökumət portalının, “ASAN” xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir.

Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir.

Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək: “Bakı ilə yanaşı Gəncə və Quba şəhərlərində konfrans və tədbirlər təşkil olunacaq. Bundan başqa Facebook sosial şəbəkəsində “İnkişaf Qrupu”, eləcə də, “Ağ Yol” qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır”.

Daha sonra Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev çıxış edib. Administrasiya rəsmisi çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: “Mütərəqqi islahatlar nəticəsində demokratik və hüquqi dövlət qurulub, ölkə əhalisinin xöşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı əbədi şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə əks etdirən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaqdır”.

BMAM-ın eksperti Rafail Becanov məruzə ilə çıxış edərək ölkə rəhbərliyi tərəfindən aparılan islahatlara vətəndaş cəmiyyətinin dəstəyindən, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik, həmçinin qərbin insan hüquqları institutlarının ölkəmizə qərəzli mövqeyindən danışıb. Rafail Becanov cəmiyyətdə milli və dövlətçilik maraqları konteksində ciddi fikir ayrılıqlarının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş həmrəyliyini gücləndirmək, dövlət-xalq formulunu dəyişməz bir atributa çevirmək üçün böyük potensial var: “Az öncə bir müharibə ab-havası yaşadıq. 4 gün sürən bu savaşda Azərbaycanda olan milli həmrəylik, vətəndaş birliyi göstərdi ki, görülən işlər ümumi mənzərənin xeyrinə olub. Vətən və dövlət, torpaq prinsipləri hər hansı ayrı-seçkiliklə müşahidə olunmur və əsas hesab etdiyimiz həmrəylik faktdır və biz cəmiyyət olaraq bunu yaşayırıq. Və bizim qarşımızda duran əsas məsələ ölkədə aparılan sosial, iqtisadi, siyasi və s. islahatlar və bu islahatların əhəmiyyətini, genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolunu ictimailəşdirmək və geniş izahat, təbliğat aparmaq, cəmiyyətin həyata keçirilən islahatların icrasına əsl münasibəti düzgün istiqamətə yönləndirməkdir. Bununla da biz vətəndaş həmrəyliyini gücləndirə, dövlət-xalq formulunu dəyişməz bir atributa çevirə bilərik”.

Daha sonra çıxış edən millət vəkili Zahid Oruc çıxış edərək bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyi üçün bütün imkanlar var: “Bu il aprel ayında təmas xəttində baş verən “dördgünlük müharibə”dən sonra danışıqların sürətlənməsi təsadüfi hadisə deyil. Qarabağla bağlı aparılan danışıqlardakı uğurlarımız məhz bu müharibənin məntiqi nəticəsi oldu”.

Z.Oruc deyib ki, bu gün Azərbaycanda ordu ilə cəmiyyət arasında həmrəylik mövcuddur: “Biz bunu aprel əməliyyatları zamanı da müşahidə etdik”.

Rusiya-Azərbaycan münasibətlərinə də toxunan Z.Oruc qeyd edib ki, ötən sərin 90-cı illərindən sonra iki ölkə arasında mövcud olan əlaqələr indiki qədər yaxşı olmayıb:
“Eyni zamanda Rusiya-Ermənistan münasibətləri indiki qədər pis olmayıb. Prezident İlham Əliyevin Kremldə yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı münasibətlərin səviyyəsindən xəbər verirdi. Halbuki, Sankt-Peterburq görüşündə Serj Sarkisyan gözləyirdi ki, Rusiya aprel əməliyyatlarına görə Azərbaycanı qınayacaq, silah satışı ilə bağlı məhdudiyyətlər tətbiq edəcək və sairə. Ancaq bütün bunlar baş vermədi. Bu gün Qərb bu prosesləri çox diqqətlə izləyir. Qərb istəmir ki, Rusiya bölgədə sülh yaratmaqla imicini yaxşılaşdırsın. Qərb Rusiyanın imicinin ləkəli qalamsında maraqlıdır”.

Millət vəkili Hikmət Babaoğlu vətəndaş cəmiyyətinin islahatlardakı rolundan danışaraq qeyd etdi ki, vətəndaş cəmiyyəti ölkənin sosial piramidasını bir-birilə bağlayan tellərdir: “Bu gün vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən biri də aparılan islahatlar, görülən işlərlər bağlı maarifləndirmə işlərinin aparılmasıdır”.
Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aparılan danışıqlardan danışan millət vəkili bildirdi ki, Azərbaycan dövləti sülhə məcburetmənin bütün prinsiplərindən istifadə edir: “İqtisadi, diplomatik və hərbi güclərdən istifadə eədərək Ermənistanı sülhə məcbur edir. Bu mənada Sank Peterburqda keçirilən görüş Azərbaycanın maraqlarına cavab verir”.

Millət vəkili Sahib Alıyev isə qloballaşma dövründə vətəndaş dövlət modelinin əhəmiyyətindən danışdı: “Vətəndaş dövlət modeli digər modelləri sıxışdırır. Azərbaycan prezidenti Cənab İlham Əliyev dövlət quruculuğunun üçüncü mərhələsində vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir. Məncə, vətəndaş təkcə cibində şəxsiyyət vəsiqəsini gəzdirən adam deyil. Əsl vətəndaş harada olmasından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil edəndir”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin islahatlardakı rolu barədə geniş çıxış etdi. O, vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi bazanın yaradıldığını, iqtisadi, maliyyə əsaslarının möhkəmləndirildiyini diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucov “Formula 1” qran pri yarışlarının əhəmiyyətindən, onun Azərbaycana gətridiyi dvidentlərdən danışdı. Bildirdi ki, 190 ölkədən 500 milyon şəxs Bakıda keçirilən yarışları izləyib: “Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün siyasi sabitlik və iqtisadi inkişaf mövcuddur”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev neft ölkəsi olan Azərbaycanı yeni iqtisadi modelə qədəm qoyduğunu diqqətə çatdırıb. O, postneft dövrü üçün nəzərdə tutulan modelin artıq icra edildiyini və uğurlu nəticələr qazanacağına inandığını bildirib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bildirib ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı Prezidentin uğurlu siyasətinin nəticəsidir: “MDB ölkələrində heç bir hakimiyyət Azərbaycan hakimiyyəti qədər vətəndaş cəmiyyətinə dəstək vermir. Bu mənada vətəndaş cəmiyyəti məsuliyyətini dərk etməlidir”.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov ölkədə aparılan iqtisadi islahatlar barədə geniş məlumat verib və bildirib ki, QHT-lər bu prosesdə yaxından iştirak edir.

Ekspert Qüdrət İsakov mövzu ətrafında çıxış edərək vətəndaş həmrəyliyinin vacibliyindən danışıb. Bildirib ki, vətəndaş həmrəyliyinin gücləndirilməsi üçün hər bir tərəf öz məsuliyyətini dərk etməlidir.

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Elçin Əhmədov Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aparılan danışıqlar barədə geniş çıxış etdi. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün bütün gərəkən addımların atılacağını bildirdi. Əlavə etdi ki, Sank Peterburqda prezidentlərin görüşündə Azərbaycanın dövlət maraqları bir daha ortaya qoyulub: “Görüşdən öncə ölkə başçısı status-kvonun dəyişməsinin vacibliyi barədə açıqlama verdi. Bu, danışıqlar prosesinə təsirsiz ötüşmədi”.

QAT sədrinin müavini Fəridə Əsgərova Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aparılan danışıqlar, xüsusilə də, prezidentlərin Sank Peterburq görüşü barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Natiq ölkə rəhbərliyinin münaqişənin həllilə bağlı prinsipial mövqe sərgilədiyini diqqətə çatdırdı.

 

COP29

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv