Prezidentin kürəkəni nənəsi ilə-Foto
Müğənni-bəstəkar Emin və bacısı Şeyla Ağalarova bir neçə gündür ki, Bakıdadır.
Onlar İçərişəhərdə yaşayan nənələri Əminə xanımı ziyarət ediblər. Emin və Şeyla nənələri ilə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Emin bu gün “Crystal Hall”da “Emin və dostları” adlı konsert proqramı ilə çıxış edəcək. Gecənin qonaqları arasında Stas Mixaylov, Qriqoriy Leps, Svetlana Loboda, İrina Dubsova, “A Studio” qrupu olacaq.