Prezidentin Nyu-York HƏMLƏSİ – Əliyev Rusiya və İrana NƏ SÖYLƏDİ?

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bildirib ki, Xəzər dənizi ilə bağlı vəziyyət acınacaqlıdır. Dövlət başçısı vurğulayıb ki, Xəzər dənizi sürətlə azalır və bunun əsas səbəbi iqlim dəyişikliyi deyil. O qeyd edib ki, gözlənilməz nəticələri ola biləcək ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir.

Siyasi şərhçi Cavanşir Abbaslı Yenicag.az-a mövzunu şərh edərkən bildirib ki, dövlət başçısının çıxışında ciddi mesajlar var idi.

O əlavə edib ki, Prezident İlham Əliyev Xəzər dənizi ilə bağlı çıxışında həyəcan təbili çalıb:

“Ölkə başçısının çıxışını tarixi adlandırmaq olar. Azərbaycan liderinin BMT kürsüsündəki müraciəti ölkə adına olduqca vacib idi. İlham Əliyev mühüm məsələlərə toxundu ki, bunlardan biri də Xəzər dənizi ilə bağlı idi. Azərbaycan lideri Xəzərlə bağlı həyəcan təbili çaldı, narahatlığını gizlətmədi. Prezident konkret adlar çəkməsə də, əsas mesaj Şimal və Cənub qonşularımız – Rusiya ilə İrana idi. Düzdür, digər Xəzəryanı ölkələr də öz üzərlərinə məsuliyyət götürməlidirlər. Bir sözlə, hər kəs əlini daşın altına qoymalıdır”.

Ekspert sözügedən ölkələrin prosesə soyuq münasibətinin səbəblərini də açıqlayıb:

“Hazırda Rusiyanın bütün diqqəti Ukraynadakı müharibəyə yönəlib. İran üzərindən isə hələ də qara buludlar çəkilməyib – onlar İsraillə münaqişədən yeni çıxıblar. Bir sözlə, region dövlətlərinin daxili və xarici siyasətlərində baş verən proseslər Xəzərə diqqəti azaldıb. Azərbaycan Prezidenti çıxışında bu istiqamətdə diqqətin artırılmasının vacibliyini qeyd etdi. Hesab edirəm ki, bu, olduqca yerində olan çağırış idi. Xəzəryanı ölkələr diqqətlərini bu məsələyə yönəltməlidirlər. Çünki buna borcludurlar”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa