Prezident sarayı ətrafında təhlükəli dəqiqələr

media-hightechnic-468x90

img1799582Türkiyədə Prezident Sarayı ətrafında dolanan şübhəli şəxs təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Yenicag.az avropa.info-ya istinadən  xəbər verir ki, axşam saatlarında Prezident Sarayı qarşısında şübhəli bir şəxsin dolaşması ilə həyəcan siqnalı verilib. Təhlükəsizlik qüvvələri Prezident Sarayı ətrafına gətirilib.

Hazırda Sarayın ətrafında təhlükəsizlik zənciri yaradılıb. Polis briqadaları Prezident Sarayı yaxınlığında olan prospektlərdə patrul xidməti qurublar.

İddiaya görə, vətəndaşların və ziyarətçilərin istifadə etdiyi Prezident Sarayının 1 saylı qapısının önünə gələn bir şəxs, dərhal qarşıda olan Atatürk Meşə Təsərüffatı ərazisinə girib.

Lakin polis və təhlükəsizlik qüvvələri ərazini nə qədər axtarsalar da naməlum şəxsi tapa bilməyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600