!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin tapşırığına əməl etməyən qurumlar: ""Azəriqaz"a inamsızlıq həmişə olacaq"

!Reklam – Yazi

Milli Məclisin dünən keçirilən iclasında “Qaz təhcizatı” haqqında qanuna dəyişiklik edilməsi müzakirə edilib. Dəyişikliyə görə, qaz sayğacına müdaxilə hətta cinayət məsuliyyəti də yarada bilər. Bununla bağlı Mülki Məcəllə və Cinayət Məcəlləsinə dəyişikliklər olacaq.

Yenicag.az xəbər verir ki, nəzərdə tutulan dəyişikliklə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

O, qeyd edib ki, sayğaclara dövlət və ictimai nəzarət üçün effektiv, ağlabatan və şəffaf mexanizmlər yaradılmadığından narazılıqlar, inamsızlıq həmişə mövcud olacaq:

“İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bütün kommunal sektoru vahid bir mərkəzdə birləşdirən şəbəkənin formalaşdırılacağı və hər bir istifadəçinin şəxsi kabinetinin olacağı gözlənilirdi. Nəticədə istifadəçi onlayn mühitdə öz sayğaclarına nəzarət edə biləcəkdi. Görünür, bununla bağlı müddəaları adı çəkilən qanun layihəsinə əlavə etmək heç kimin yadına düşməyib. Baxmayaraq ki, bununla bağlı prezidentin xüsusi fərmanı var və bu haqda “ASAN”a tapşırıqlar da verilib. Oflayn mühitdə “ASAN Kommunal” yaradılsa da, prezidentin fərmanının kommunal xidmətlərin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması ilə bağlı olan hissəsi indiyədək icra olunmayıb. Yalnız müzakirələr zamanı müvafiq dövlət qurumlarından daxil olan cəzalandırma, cərimələr və rüsum toplama ilə bağlıməqamlar yada düşür.

Təəssüf ki, icraçı qurumlardan gözləntilər bir çox hallarda özünü doğrultmur”.

Gülşən Şərif

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv