Putin beş generalı vəzifəsindən azad edib

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən çıxarıb.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq;

– Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

– Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

– Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

– Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

– Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov tutduğu vəzifədən azad edilib.

Onlar prezidentin imzaladığı digər bir sərəncamla başqa vəzifələrə təyinat alıblar.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05