!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Bu gün NATO, ABŞ-ın xarici siyasət alətidir”

!Reklam – Yazi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.

Yenicag.az-ın “Report”a istinadən verdiyi məlumatına görə, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini “Politico” nəşri yayıb.

Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. “Bu gün o, (NATO – “Report”) ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var” – deyə prezident qeyd edib.

Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.

“Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri” – deyə Rusiya lideri əlavə edib.

Yenicag.az

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv