Putin Paşinyanı ittiham etdi: Ermənistan Baş naziri görün nə cavab verdi

media-hightechnic-468x90

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin qarşıdan gələn parlament seçkilərində rusiyayönümlü qüvvələrin iştirakı ilə bağlı sözlərinə cavab olaraq bildirib ki, Rusiya pasportu olan şəxslər dövlət vəzifələrinə iddia edə bilməzlər.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Kremldəki görüş zamanı Rusiya lideri Ermənistanın rusiyayönümlü siyasi qüvvələrinin respublikada keçiriləcək parlament seçkilərində iştirak edə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, Putin qeyd edib ki, həmin siyasətçilərin bir çoxu “Rusiya pasportuna sahib olmalarına baxmayaraq, hazırda həbsdədirlər”.

“Ermənistan Konstitusiyasına görə, Rusiya pasportu olan şəxslər nə deputatlığa namizəd, nə də baş nazirliyə namizəd ola bilərlər, ona görə də burada heç bir məhdudiyyət yoxdur”, – Paşinyan cavabında bildirib.

Eyni zamanda o, Ermənistanda “həbs yerlərində” siyasi proses iştirakçılarının olmadığını iddia edib.

Xatırladaq ki, ötən ilin yayında rusiyalı iş adamı Samvel Karapetyan Erməni Apostol Kilsəsinə verdiyi açıq dəstəyə görə həbs edildikdən sonra Ermənistanın siyasi həyatında iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. İstintaq o zaman onu ölkədə hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham etmiş, daha sonra ittihama maliyyə fırıldaqları maddəsi də əlavə olunmuşdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05