Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.
Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə “gizli səfərbərlik” həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.
www.yenicag.az