!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən dünyaya hədyan dolu MESAJ: “Ya məhv olacağıq, ya da..”

!Reklam – Yazi

“Tramp Baydendən fərqli olaraq dövlətlərə harada dayanmalı olduğunu deyəcək”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı atılan addımlar, tərəflərin edə biləcəyi güzəştləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Rusiya heç bir güzəştə getməyəcək:

“Rusiya-Ukrayna müharibəsi dünyada hüquq normalarının dövlətlər arasında pozulmasına gətirib çıxardı. Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. 1991-ci ildə SSRİ dağılandan sonra Ukrayna ən böyük atom arsenalına mail olan dövlətlərdən biri olub. Ancaq 1994-cü ildə Budapeşt protokoluna imza atan dövlətlər Ukraynaya təminat vermişdi ki, onun sərhədlərinə heç bir ölkə toxunmayacaq. Ən əsası da Rusiya bu barədə öhdəlik götürmüşdü. Atom silahları Ukraynadan Rusiyaya verilmişdi. Hazırda mənzərə dəyişib. Artıq Rusiya Ukrayna müharibəsi ən şiddətli hal alıb. Digər tərəfdən, NATO da götürdüyü öhdəliyi yerinə yetirmədi və şərqə doğru irəliləməyə başladı”.

Analitik əmindir ki, NATO-ya daxil olan dövlətlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqədar fikir ayrılığı var:

“Bəziləri Ukraynaya yardımın tərəfdarıdır, bəziləri əksini düşünür, bəzi dövlətlər Ukraynanın ərazi güzəştinə getməsinin tərəfdarıdır, bəziləri isə prosesin davamında maraqlıdır. Müharibənin dayandırılması üçün İstanbul və Antalyada razılıq əldə olunmadı. Bütün məsələlər ABŞ-dəki seçkilərə yönəlir. Respubilkaçılarla demokratların, Trampla Baydenin fərqi var. Tramp Baydendən fərqli olaraq dövlətlərə harada dayanmalı olduğunu deyəcək”.

“Trampın prezident səlahiyyətlərini icrasına başlayana qədər kimin nəyə imkanı varsa, onu da edəcək. Hazırkı Suriya hadisələri, Rusiyanın Ukrayna ərazilərini total şəkildə raketlərlə vurması, Ukraynanın Rusiya dərinliklərinə zərbələr endirməsi də onu göstərir. Avropa İttifaqının bəzi ölkələri Trampla fikir ayrılığına düşəcək. Trampın iki ildən artıq hakimiyyətdə qalmasını gözləmirəm. Bundan başqa, Praqa razılaşması vardı, amma Zelenski bunu pozdu. Odessada rusların yandırılması məsələsi oldu. Bütün proseslər müharibəyə aparırdı. Rusiyanın imperiya marağı var. Putin bildirir ki, biz ya məhv olacağıq, ya da dediyimiz olacaq. Ona görə də, Rusiya güzəştə getməyəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv