Putinin illik gəliri bəlli oldu

media-hightechnic-468x90

75159Rusiya prezidenti Vladimir Putinin bu ilki qazancı açıqlanıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Putin keçən il 7,6 milyon rubl qazandığı məlum olub. Saytda Rusiya prezidentinin gəlirləri, xərci və əmlakı əks olunmuş bəyannamə yerləşdirilib. Bütün bunları çıxandan sonra Vladimir Putinin illik qazancı 7,5 milyon rublu keçib. Rusiyanın ən varlı məmuru isə baş nazirin müavini Aleksandr Xloponin seçilib. Xloponin ötən il 280 milyon rubl qazanıb.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Putinin saytında yerləşdirilmiş bəyannamənin əmlak bölməsinə heç bir dəyişiklik edilmir. Putin sahəsi 77 kvadratmetr olan mənzil və 1500 kvadratmetr torpaq sahəsinə malikdir. Bundan başqa bəyannamədə Putinin QAZ M-21, QAZ M-21P və VAZ “Niva” avtomobilləri, eyni zamanda “Skif” yedəyinin olduğu göstərilib.

Rusiyanın baş naziri Dmitri Medvedev bəyannaməyə əsasən 8 milyon qazanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən il 6,1 milyon rubl gəlir əldə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600