Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Rusiya tərəfinin sülh müqaviləsinin hazırlanmasında Ermənistan və Azərbaycana yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla müzakirələr davam etdirilib. Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, o cümlədən nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, – deyə məlumatda bildirilir.
Kreml qeyd edib ki, ikitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.
Öz növbəsində Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verib ki, Rusiya lideri Azərbaycana səfəri barədə Ermənistanın baş nazirinə məlumat verib.
Həmsöhbətlər həmçinin “Ermənistan və Rusiya arasında ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün” yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər”, – Nazirlər Kabineti qeyd edib.
Nəsimi Ələsgərli
www.yenicag.az