Çempionlar Liqasında II tur start götürüb.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
A, B, C və D qruplarında mübarizə aparan komandalar ikinci matçlarına çıxıblar. Qonşu Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi “Qalatasaray” ilk ev oyununda qüvvəsini sınayıb.
İstanbul klubu PSJ-ni qəbul edib. Qonaqların aşkar üstünlüyü ilə keçən ilk 45 dəqiqədə qol vurulmayıb. Fasilədən sonra Mauro İkardi hesabı açıb. Bu qol matçın taleyini həll edib və “Qalatasaray” ilk məğlubiyyətini alıb.
Bu qrupun digər görüşündə “Real” “Brügge” ilə qarşılaşıb. İspaniya təmsilçisi məğlubiyyətdən çətinliklə xilas olub – 2:2.
Qeyd edək ki, tura oktyabrın 2-də keçiriləcək E, F, G və H qruplarının 8 oyunu ilə yekun vurulacaq./APA/
www.yenicag.az