Qanunsuz şumlama işləri aparılıb, ağac və kol bitkiləri məhv edilib

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığını və nəticədə ağac və kol bitkilərinin məhv edildiyini müəyyən edib.

media-banner_tuq

Yenicag.az” xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub.

O qeyd edib ki, faktla bağlı akt tərtib edilib: “Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05