“Qara qızıl”ın qiyməti qalxır
Səudiyyə Ərəbistanı nazirinin neft bazarının bərpa olunması ilə bağlı bəyanatından sonra neftin qiyməti yüksəlməyə başlayıb.
Hazırda Brent markalı neftin qiyməti 0,85 dollar artaraq barreli 62, 23 , WTI markalı neft isə 0,65 dollar artaraq barreli 57, 78 dollara yüksəlib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın neft nazirinin sözlərinə görə, neftin qiymətinin düşməsi OPEK-ə daxil olmayan ölkələr arasında əməkdaşlığın olmaması ilə bağlı idi, lakin tezliklə bazar yenidən bərpa olacaq.
Onu da əlavə edək ki, OPEK-in baş katibi Abdulla Səlim əl-Bədri daha əvvəl bəyan etmişdi ki, neftin qiyməti ancaq 2015-ci ilin sonunda bərpa oluna bilər.