“”Qara qutu” şousu Rusiyanı pis vəziyyətdə qoydu” – Ərdoğan

media-hightechnic-468x90

c3c5c19a80bad566818dc98f7c070b0d-300x168Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan “Su-24” təyyarəsinin “qara qutu”sunun açılması və oxuna bilməməsi məsələsinə münasibət bildirib.

R. T. Ərdoğan Türkiyənin özündən əmin olduğunu bildirib: “Rusiya əvvəlcə “qara qutu”dakı məlumatlardan bəhs etdi. Bu işi şouya çevirdilər. Sonra əzilmə səbəbi ilə “qara qutu”nun içərisindəki məlumatların oxunmadığını açıqladılar. Biz özümüzdən əminik. Bu kimi şoular ondan mədəd umanları pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil”.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən vurulan “Su-24” hərbi təyyarəsinin “qara qutu”sunu oxumağın mümkün olmadığını açıqlayıb. Bildirilir ki, “qara qutu”da mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-i çox ciddi şəkildə zədələnib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600