Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçına çıxıb.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rusiyanın birinci divizionunda çıxış edən “Kuban”la oyunda sınayıb.
Ağdam təmsilçisinin 2018-ci ildəki ilk oyunu heç-heçə başa çatıb – 2:2.
Qeyd edək ki, “Qarabağ” Antalya toplanışında yanvarın 20-si Polşanın “Lexiya”, yanvarın 25-i öncə Makedoniyanın “Şkupi”, daha sonra isə Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək. “Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın “Sarayevo” komandasına qarşı olacaq.
Yoxlama oyunu
17 yanvar
“Qarabağ” – “Kuban” 2:2
Qollar: Əfran İsmayılov, 50-pen. Zaur Fərzəliyev, 68 – Malyarov, 53-pen; 61.
www.yenicag.az