“Qarabağ” çempionluğun bir addımlığında…

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində aprelin 15-də keçiriləcək “Qəbələ” – “Səbail” qarşılaşmasının nəticəsindən asılı olaraq, “Qarabağ” klubunun çempionluğu rəsmiləşə bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu tur çərçivəsində keçirilən səfər oyununda “Kəpəz” komandasına qalib gələn Ağdam təmsilçiləri çempionluğun bir addımlığındadır. Əgər “Qəbələ” futbolçuları “Səbail” klubu ilə qarşılaşmada 3 xal əldə edə bilməsələr, “Qarabağ” vaxtından əvvəl Azərbaycan çempionu tituluna sahib olacaq.

Xatırladaq ki, “Kəpəz” üzərində qələbədən sonra “Qarabağ” xallarının sayını 56-ya çatdırıb. Onun ən yaxın izləyicisi olan “Qəbələ” komandasının hesabında isə 41 xal var.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05