“Qarabağ – Diaspor, Soyqırım və Terror” kitabı nəşr edilib

media-hightechnic-468x90

9642Ermənilərin işğalçılıq siyasəti və terrorçu fəaliyyətinə həsr olunmuş daha bir kitab işıq üzü görüb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)-nın Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi və Azərbaycan Turizm İnstitutunun baş müəllimi Zaur Əliyevin “Qarabağ – Diaspor, Soyqırım və Terror” adlı sayca 7-ci kitabı “Avropa” nəşriyyatı tərəfindən 450 səhifə həcmində çap edilib.

Kitabın ön sözünün müəllifi Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi Strasburq Universitetinin Türk tədqiqatları şöbəsinin müdiri Stefan de Tapia, elmi redaktoru, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, rəyçilər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) I vitse-prezidenti Vəli Əlibəyov, KarabakhİNFO.com beynəlxalq elektron jurnalın baş redaktoru, yazar Zaur Qəriboğlu və “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leila Kianidir.

AVCİYA və KarabakhİNFO.com beynəlxalq elektron jurnalın maliyyə dəstəyi ilə nəşr edilən kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqırımı, deportasiya, əsasız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Tarixən Rusiya dövlətinin ermənilərə olan himayəsinə və bunun nəticəsində onların azərbaycanlılara qarşı mübarizə aparmalarına, azərbaycanlıların öz doğma yurdlarından çıxarılması məsələlərinə də kitabda geniş yer verilib.

Yeni çapdan çıxan kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlayır və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan türklərinin iki əsrlik faciəsini, Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədinə xidmət edir.

Kitabda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq hüquq prizmasından analiz edilir, siyasi və tarixi yanaşma göstərilir. Kitabda eyni zamanda tarixi sənədlər əsasında erməni diasporunun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişənin necə qızışdırılması, “Böyük Ermənistan” əfsanəsinin yaradılması, Qərb və Rusiyanın təsiri, İran, Türkiyə, Fransa kimi dövlətlərin problemlə münasibəti tədqiq olunub.

Erməni əsirliyində olan azərbaycanlılara münasibət, erməni terrorizmi, onların məkrli planları, digər terrorçu təşkilatlarla əməkdaşlığı kimi məsələlərə ətraflı toxunulub. Azərbaycan diasporunun fəaliyyəti, lobbiçilik və türk diasporları arasında əməkdaşlıq da kitabda araşdırılan istiqamətlərdəndir.

Qeyd edək ki, müəllif Ağdam rayonunda anadan olub, Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsində bakalavr və magistr, AMEA-da siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktoranturada təhsil alıb. “Beynəlxalq münasibətlərdə diasporların rolu”, “Dünya diasporları”, “Diaspor: izahlı sözlük və məlumat kitabı” və “Türkdilli xalqların diasporları”, “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” kitablarının müəllifidir. Hazırda KarabakhİNFO.com beynəlxalq elektron jurnalının baş redaktorunun I müavinidir.

(gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600