!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ erməniləri Azərbaycana yalnız bu halda qayıda bilər – ŞƏRTLƏR

!Reklam – Yazi

“Qarabağ erməniləri Azərbaycana yalnız azərbaycanlılar Qərbi Zəngəzura qayıtdıqları halda qayıda bilərlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında separatçıların Qarabağa qayıtmaq istəyi və bu yöndəki addımlarını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, separatçıların Qarabağa qayıdışı mümkün görünmür.

“Heç kəs böyük xeyirlər görmüş vasitədən imtina etmək istəmir. Son 35 ildə Qarabağ münaqişəsi bir çox dünya qüvvələrinə imkan verib ki, Cənubi Qafqazdakı işlərə müdaxilə etsinlər, öz istəklərini, tələblərini yerinə yetirməyə çalışsınlar. Səmərəli siyasi alətdən imtina etmək istəmirlər. Ona görə də, Şahramanyanın qulağına pıçıldayırlar ki, məsələni yenidən gündəmə gətir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, bunların hamısı mənasız işlərdir.

“Xarici və daxili siyasətdə hər şeyi qüvvələr nisbəti həll edir. Qüvvələr nisbəti Azərbaycanın tam xeyrinədir. Nə Şahramanyanın, nə də onun hamilərinin heç bir qüvvəsi yoxdur. Azərbaycan öz şərtlərinə açıqlayıb. Qarabağ erməniləri Azərbaycana yalnız azərbaycanlılar Zəngəzura qayıtdıqları halda qayıda bilərlər. Əgər Ermənistan bunu qəbul edirsə, danışıqlara başlaya bilərik. Etmirsə, Azərbaycan da birtərəfli heç bir addım atmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv