"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəldi - YENİLƏNDİ / VİDEO

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Şkendiya” (Şimali Makedoniya) ilə qarşılaşan “Qarabağ” qələbə qazanıb.

Yenicag.az xəbər verir ki, “Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına yazılıb. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək./Report/

***22:22

18-ci dəqiqədə “Qarabağ” hesabı  açdı. Toral Bayramov penaltidən fərqlənir.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” matçı start götürüb.

***21:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade

“Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi/Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa