“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirildi

media-hightechnic-468x90

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

Yenicag.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Referi Yakob Sandberq olacaq. Ona yan xətt hakimləri qismində Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.

Qeyd edək ki, sözügedən matç iyulun 30-da Tofiq Bərhamov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600