!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Ludoqorets"i 7 qolla darmadağın etdi! - YENİLƏNDİ

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib.

Yenicag.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.

Bu qoldan sonra hesab 7:2 “Qarabağ”ın xeyrinə dəyişib.

***

112-ci dəqiqədə Patrik Andrade dubl edir – 6:2

***

110-cu dəqiqədə “Qarabağ” 5-ci qolu vurur. Redon Cica hesabı 2:5 edir.

***

İlk əlavə hissənin başlanğıcında Toral Bayramov “Qarabağ”ın növbəti qolunu vurur – 2:4

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında 90 dəqiqə başa çatıb.

Yenicag.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

***

Patrik Andrade 45+5-də hesabı 3:2 edir!

***

Benzia 45-ci dəqiqədə hesabı 2:2 edir.

***

22-ci dəqiqədə “Ludoqorets” penaltidən hesabı 2:1 edir.

***

13-cü dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirir – 1:1.

***

Juninyo 7-ci dəqiqədə hesabı açdı.

***

Matç başladı.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Ludoqorets Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

COP29

www.yenicag.az

1704
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv