“Qarabağ probleminin həlli Rusiyanın əlindədir”

media-hightechnic-468x90

iikolpMilət vəkili Məlahət İbrahimqızı müsahibə verib:

-Məlahət xanım son günlərdə baş verən hadisələrlə bağlı fikirlərinizi bilmək istərdik. Bu hadisələri necə dəyərləndirirsiniz?

-Əvvəla onu qeyd edim ki, bir millət vəkili olaraq son günlərdə baş verən hadisələr zamanı şəhid olan əsgərlərimizin dəfn mərasimlərində iştirak etdim, Gəncədə və Ağstafadakı hərbi hospitalda yaralı əsgərlərimizi ziyarət etdim. Bu hadisələr bir daha sübut etdi ki, nə qədər ki, Qarabağ problemi həll olunmayıb bu cür olaylar yaşanacaq. Qarabağ probleminin sülh yolu ilə həllinin yeganə yolu işğalçı Ermənistana qarşı beynəlxalq aləmin ciddi təzyiq və sanksiyaların tətbiqidir. Ancaq bu yolla Ermənistanı işğalçı siyasətindən geri çəkindirmək olar. Nə qədər ki, bu sanksiyalar tətbiq olunmayıb və beynəlxalq təşkilatlar, xüsusən də BMT qəbul etdiyi qətnamələrin icrasına biganə yanaşır, bu həll olunmayacaq. Beynəlxalq təşkilatların biganə münasibət isə bir daha onların nüfuzunun olmadığı və ölü qurum olduğunun göstəricisidir. Bu azmış kimi bu təşkilatların ikili stndart həyata keçirməsi adamda ikrah hissi oyadır. Baxın Ukrayna ilə bağlı bu təşkilatlar qəbul etdikləri sanksiyaların və qəraraların icrasına həmən başladılar. Amma 25 ildən artıq bir müddətdə davam edən və qəbul etdikləri qərarlardan 20 ildən artıq vaxt keçməsinə baxmayaraq bu qərarların isrası istiqamətində heç bir addım atmırlar. Nəinki, addım atmırlar, heç bu barədə düşünmürlər də… Baxmayaraq ki, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın işğalçılıq siyasəti və işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxması faktı öz əksini tapıb. Amma hər şey əksinə baş verir. Bu sənədi qəbul edən təşkialtlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı bərabər tutaraq iğalçıya qarşı təzyiq və sanksiyalar tətbiq etməyə imkan vermirlər. Müxtəlif formalarla Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırırlar. Bu yolla da Azərbaycanın başını aldatmağa çalışırlar. Ona görə də bir daha bəyan edirəm ki, artıq qətiyyət vaxtıdır. Biz artıq səbrin daşdığı bir məqama yetişmişik. Biz beynəlxalq təşkilatlardan öz qəbul etdikləri qərarların ciddi qaydada yerinə yetirlməsini və Ermənistana qarşı sanksiyalar tətbiq etməyi tələb etməliyik. Əgər onlar bu problemi həll etmək istəmirlərsə, Azərbaycana imkan yaratsınlar ki, Azərbaycan özü bu problemi həll etsin. Beynəlxalq aləm demir ki, məsələni Azərbaycan və Ermənistan özü həll etməlidir. Onda çəkilin kənara, biz özümüz həll edək. Əgər onlar kənara çəkilərlərsə o zaman biz problemi çox qısa zamanda həll edə bilərik və bunun həlli bizimçün çətin olmaz. Bunu hamı bilir. Amma onu da əlavə edim ki, bugünükü şəraitdə müxtəlif beynəlxalq güclərin maraqlarının toqquşduğu mürəkkəb geocoğrafi məkanda yerləşən Azərbaycanın hərbi əməliyyatlara başlaması mənasız və nəticəsiz qurbanaların verilməsi deməkdir. Biz buna yol verə bilmərik. Hesab edirəm ki, münaqişənin həlli üçün hələ danışıqlar limiti tam tükənməyib. Rusiayaya edilən sanksiyalardan 3-ü Ermənsitana edilsə həmən torpaqları işğaldan azad edəcək və sülhə razı olacaq. Bax biz bunu istəyirik. Buna nail olmaq üçünsə ölkədəki bütün ictimai – siyasi təşkilatlar, xalq bir araya gəlib, bir hədəfə vurmalı və qətiyyətli formada beynəlxalq təşkilatlar qarşısında tələblərimizi irəli sürməliyik.

-Qarşıda prezidentlərin görüşü gözlənilir. Bu görüşdən müsbət nəsə gözləməyə dəyərmi?

– Dəfələrlə belə görüş olub və Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi nəticəsində görüşlər nəticəsiz başa çatıb. Amma hesab edirəm ki, bölgədə marağı olan Rusiya sülh yaratamaq üçün əlindən gələni etməlidir və ümid edək ki, nəticə yaxşı olsun. Biz təbii ki, ümidimizi itirməmişik.

-Bəs ATƏT MQ-nin gələcək fəaliyyətini necə qurmalıdır?

– Bu qurumun fəaliyyəti ümüimiyytlə uğursuzluğa düçar olduğundan istefa verməlidir. Bu təşkilat artıq bir ölü qruma çevrilib. Xalqın artıq bu quruma heç bir etimadı və inamı qalmayıb. Mən hesab edirəm ki, Qarabağ münaqişəsinin həllinin bu günədək davam etməsində Avropa strukturlarının da kifayət qədər məsuliyyəti var və onlar da mühakimə olunmalıdır. Biz nə qədər Rusiyanı mühakimə ediriksə, bir o qədər də Avropa strukturlarını ittiham etməliyik. Bu təşkilatlar özünü bir daha Ukrayna böhranında göstərdi və ifşa etdilər.

– Vladimir Jirinovski avqustun 5-də Rusiya telekanallarında bir daha bəyan etdi ki, Qarabağ probleminin açarı Moskvanın və Rusiya prezidentinin əlindədəir və hər şey ondan asılıdır. Sizcə, Rusiya Qarabağ problemini həll edə bilərmi?

-Jirinovski qeyri-ciddi siyasətçi olsa da, onun bir fikri ilə razılaşmaq olar. Bəli, Qarabağ probleminin həlli Rusiyanın əlindədir. Tarix boyu Rusiyanın cənubi Qafqazda marağı olub və bu maraq bundan sonra da olacaq. Bu bölgədə təkcə Rusiya deyil, Türkiyə, İran və digər güclərin marağı olub və onlardan hansısının mövqeyi bölgədə zifləyə başlayan kimi digəri dominantlıq edib. Əgər Rusiya bu gün bu bölgədə marağının qorunub saxlanmasını təmin etmək istəyirsə, o zaman münaqişənin həllinə yardım etməlidir. Azərbaycan da Rusiya ilə normal münasibətlərin qurulmasında maraqlıdır. Rus xalqı, ziyalıları və siyasətçiləri dərk etməlidir ki, onlar etibarlı dost, qonşu ölkə axtarmaq istəyirlərsə bu Azərbaycandır və Azərbaycan da bunda maraqlıdır. Çünki Rusiya bu gün Ukrayna məsələsində ciddi problemlərlə üzləşib. Amma Qarabağ münaqişəsinin bynəlxalq hüquq müstəvisində həllinə yardım etməklə bir sıra dividentlər əldə edə bilər və bu onunçün bir şansdır.

-Buna mane olan nədir ki?…

– Rusiyada müəyyən qüvvələr var ki, onlar bu dostluq münasibətlərinə mane olurlar. Rusiyadakı ermənipərəst qüvvələr, daha doğrusu təcavüzkarlığı dəstəkləyən qüvvələr bun mane olurlar və onlar bu hərəkətləri ilə əslində həm rus xalqının, həm də dövlətinin maraqlarına ciddi zərbə vurmuş olurlar.

-Siz necə düşünürsünüz erməni xalqı ilə bu problemi həll etmək olarmı? Bəzən belə fikirlər də səsələnir…

-Olar. Niyə də olamsın axı. Bu gün bizim analarımız övladları şəhid olanda təsəlli tapırlar ki, onalrın övladı vətən uğrunda şəhid olub. Bəs erməni anaları övladları bu müharibədə öləndə nə düşünürlər?.. Onların övladları nəyin və kimin uğrunda öldü? Axı sadə erməni xalqı yaranmış vəziyyətdən çıxış yolu görmədiyi üçün oranı kütləvi qaydada tərk edirlər. Məgər onlar görmürlər ki, onlara rəhbərlik edənlər bu yolla onları fəlakətə sürükləyir və bunun sonu yoxdur. Hətta Azərbaycan torpaqları onların işğalı altında olsa belə. Onların bu işğalçılıq siyasəti xalqa, dövlətə nə verib axı?… Əksinə onlar bir dövlət olaraq məhvə və fəlakətə doğru sürüklənirlər. Xalq da bunu dərk etdiyindən çıxış yolunu ölkəni tərk etməkdə görür. Amma xalq bir olsa vəziyyəti dəyişə bilər. Hakimiyyəti öz işğalçı siyasətindən çəkindirib qonşularla normal münasibətlər qurub və bunun nəticəsində onlar da normal şəraitdə yaşamaq imkanı əldə edə bilərlər. Ona görə də hesab edirəm ki, erməni xalqı ayağı qalxıb öz xoş gələcəyini qurmaq üçün onlara rəhbərlik edənlərdən işğalçılıq siyasətinə son qoyub, qonşuları ilə normal münasibətlət qurmağı tələb etməlidir. Əks təqdirdə bunun nəticəsi olmayacaq. Və ölkə uçuruma doğu yuvarlanacaq.

-Burada xaricdəki erməni lobbisi faktoru da müstəsna rol oynayır. Erməni lobbisi də buna imkan vermir.

-Bilirsiniz xaricdəki erməni lobbisi bəzi güclərin təsiri altındadır və onlar Qarabağ, qondarma soyqırım məsələsindən yararlanıb yaxşı pul qazanırlar. Onları sadə erməninin Ermənistanda necə yaşaması bir o qədər də maraqlandırmır. Odur ki, onların yeganə xilas yolu sülhdədir.

-Siz beynəlxalq təşkilatları və Qərb strukturlarını da Qarabağ məsələsində tutduğu mövqeyə görə ittiham etdiniz. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasında müstəsna rol oynayır, amma onlar bu məsələdə yenə də obyektiv mövqe sərgiləmirlər. Buna səbəb nədir?

– Təəssüf ki, Qərb də bu məsələdə ikiüzlü siyasət yürüdür. Ümumiyyətlə Qərb müəyyən məsələlərdə konstruktiv və obyektiv mövqe sərgiləmək əvəzinə daha çox dağıdıcılıq rolunda çıxış edir. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Belə ki, vaxtı ilə Qərb Saakaşvilini şirnikləndirərərk NATO-ya və AB-yə üzv edəcəyi ilə bağlı bəyantlar verdi. Nəticəsi nə oldu. Torpaqlarını itirdi. Hətta Abxaziya və Cənubi Osetiya müstəqil dövlət olaraq bir sıra ölkələr tərəfindən tanındı. Bundan sonra da Gürcüstanın bu qurumlara qoşulması sual altındadır. Ukraynaya gəldikdə isə demək istərdim ki, heç kimin ağlına gəlməzdi ki, Avropanın mərkəzində 50 milyondan artıq bir slavyan ölkəsi parçalansın və ölkədə vətəndaş müharibəsi getsin. Ukraynada vətəndaş müharibəsinin getməsi və bu ölkənin parçalanmasında da günahkar birbaşa Qərbdir və onun bəzi institutlarıdır. Artıq Ukrayna Azərbaycan üçün dərsdir və belə oyunlara getməyəcək. Əslində son günlərdə baş verənlər Azərbaycan prezidentinə olan təzyiqdir. Ona təzyiq edərək hansısa məqsədlərini reallaşdırmaq istəyirlər. Bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan dövlətinin xalqının maraqlarına uyğun olaraq qətiyyətli siyasət yürüdür. Ona görə müstəqilliyimizi əldə etməmişik ki, yenidən hansısa birliklərə qoşularaq müstəqilliyimizi itirək. Düzdür qlobollaşan dünyada kiçik ölkələrin müstəqil siyasət yürütməsi ciddi problemlərlə üzləşir, xüsusən də Azərbaycan kimi mürəkkəb geocoğrafi məkanda yerləşən ölkələr üçün. Amma bütün bu çətinliklərə baxmayaraq öz müstəqiqlliyimizi qorumalıyıq və ölkə başçısı İlham Əliyev də dövlətimnizin maraqlarına uyğun və müstəqilliyimizin qorunması istiqamətində siyasətini əzmlə davam etdirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600