Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, turun ilk matçında artıq çempionluğu təmin etmiş “Qarabağ” səfərdə “Keşlə” üz-üzə gəlib və məğlub olub.
“Sumqayıt” özündən bir pillədə irəlidə qərarlaşmış “Qəbələ”ni qəbul edib. Avroliqaya vəsiqəni təmin etmiş “qırmızı-qaralar” Sumqayıtda uduzmasa, gümüş medalları rəsmiləşdirəcəkdi. “Qəbələ” hədəfinə 2 cavabsız qolla çatıb.
Avroliqa uğrunda mübarizəni davam etdirən “Neftçi” və “Zirə” də müvafiq olaraq “Səbail” və “Kəpəz”ə qalib gəlib.
Azərbaycan Premyer Liqası
27-ci tur
12 may
“Keşlə” – “Qarabağ” 3:0
Qollar: Andre Klennon, 4. Pərdis Fərcad-Azad, 8. Slavik Alxasov, 16.
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “İnter Arena”, 17:00
“Sumqayıt” – “Qəbələ” 0:2
Qollar: Baqali Dabo, 37. Cavid Hüseynov, 88.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu, 19:00
“Neftçi” – “Səbail” 3:1
Qollar: Namiq Ələsgərov, 33. Rəhman Hacıyev, 37. Lukas Qomes, 80 – Yevgeni Koçuk, 84-pen.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “Dalğa Arena”, 19:00
“Zirə” – “Kəpəz” 2:1
Qollar: Riçard Qadze, 41. Tellur Mütəllimov, 74 – Şəhriyar Rəhimov, 45+1-pen.
Qırmızı vərəqə: Milan Duriç, 8 – Kamran Abdullazadə, 79.
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Zirə. İdman kompleksinin stadionu, 19:00.
www.yenicag.az