“”Qarabağ Uğrunda” Jurnalist Hərəkatı QAT-a rəqib olmayacaq”

media-hightechnic-468x90

niyaz__DddSC0092“Qarabağ həqiqətlərinin xarici mediaya çıxarmaq, region ölkələrinin iştirakı ilə bu istiqamətdə fəaliyyət göstərmək üçün “Qarabağ Uğrunda” Jurnalist Hərəkatı yaradılır”. Bunu açıqlamasında yeni yaradılan qurumun təsisçilərindən olan Niyaz Niftiyev deyib.

Onun sözlərinə görə, “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının fəaliyyət istiqamətləri daha çox xarici media ilə işləməkdir: “Xarici mətbuat dedikdə, xüsusilə Türkiyə mediası ilə işləməyi nəzərdə tuturuq. Türkiyə həm də bizə ən yaxın ölkədir. Son dövrlər Türkiyənin mətbuat orqanlarında Dağlıq Qarabağla bağlı verilən informasiyalar, yazılar bu ölkənin jurnalistlərinin də bu problemdən elə də çox ciddi xəbərləri olmadığını göstərir. Ona görə də bu istiqamətdə fəaliyyət göstərəcəyik”.

Niyaz Niftiyev deyib ki, yeni hərəkat Qarabağ Azadlıq Təşkilatına alternativ olmayacaq: “ Dünəndən bəri bəzi mətbuat səhifələrində “Qarabağ Uğrunda” Jurnalist Hərəkatını Qarabağ Azadlıq Təşkilatına alternativ qurum kimi göstərirlər. Əslində belə deyil. Çünki biz onu jurnalist hərəkatı kimi formalaşdırmağa çalışacağıq. QAH-da idarə heyəti formalaşacaq. Təbii ki, Azərbaycan mətbuatının bütün çevrələrindən olan tanınmış jurnalistlərimiz burda təmsil olunacaq”. (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600