“Qarabağ” ukraynalı futbolçunu transfer etdi

media-hightechnic-468x90

“Qarabağ” yay transfer dönəmində daha bir futbolçu ilə müqavilə bağlayıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.

24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi transfer olunub. Onun keçidinin tezliklə rəsmən elan olunacağı gözlənilir.

Xatırladaq ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah” klubunda çıxış edib.

Qeyd edək ki, “Qarabağ” bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600