!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunan konfrans keçirildi - FOTO

!Reklam – Yazi

“Regional İnkişaf” İctimai Birliyi və Qarabağ Universitetinin təşkilatçılığı ilə Qarabağ Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunan konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımı aktını törətdiyini, bu hərbi təcavüz zamanı dinc sakinlərə amansızcasına divan tutulduğunu, bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildiyini, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildiyini. həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyduğunu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildiyini, 487 dinc Xocalı sakininin ağır yaralandığını, 1275 nəfərin girov götürüldüyünü və onlardan 150 nəfərin taleyinin indiyədək məlum olmadığını bildirərək, xalqımızın bu faciəni heç vaxt unudmayacağını qeyd etdi.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov çıxışında Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ölkəmizdə və xaricdə görülən işlərdən danışıb.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dadayev tələbələrə Xocalı soyqırımı ilə bağlı tarixi faktlar və həqiqətlər, faciənin səbəbləri, gedişatı və nəticələri barədə elmi araşdırmalara əsaslanan məlumatlar verib.

Konfrans Xocalı Soyqırımı şahidlərinin çıxışları ilə işini davam edib. Faciə şahidlərindən Nazilə Məmişova, İsmayıl Nəcəfov və Valeh Hüseynov həmin dəhşətli gecədə şahidi olduqları insanlığa sığmayan və vəhşicəsinə törədilmiş hadisələr barədə danışıblar.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

www.yenicag.az

123
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv