"Qarabağ"dan 2,5 milyonluq transfer?  

media-hightechnic-468x90

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” transfer çalışmalarını da davam etdirir.

Yenicag.az xəbər verir ki, hücumçu axtarışında olan ağdamlıların Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunda çıxış edən Xama Billiatla maraqlandığına dair xəbərlər yayılıb.

CAR mətbuatının yaydığı xəbərə görə, 28 yaşlı forvardın satış qiyməti 2,5 milyon dollardır və “Qarabağ” bu məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən futbolçu “Qarabağ”a təklif olunsa da, Qurban Qurbanov onun xidmətində maraqlı olmayıb. Məsələ də elə o zaman qapanıb.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa