“Qarabağ”dan Kaşukun transferi ilə baölı AÇIQLAMA

media-hightechnic-468x90

“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. 24 yaşlı hücuma meylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Şaxtyor”un (Donetsk) yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü illər mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa