"Qarabağ"ın futbolçusuna "kitayski" təklif - 750 min avro  

media-hightechnic-468x90

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Ağdam klubundan ayrıla bilər.

Yenicag.az xəbər verir ki, Cənubi Afrika Respublikası millisinin üzvünə Çindən təklif var.

Belə ki, “Hançjou Qrintaun” 27 yaşlı forvardı öz heyətinə qatmaqda maraqlıdır. Hazırda Çin təmsilçisi ilə “Qarabağ” rəhbərliyi arasında danışıqların davam etdiyi bildirilir. Bu keçid üçün asiyalıların 750 min avro təklif etdiyi iddia olunur.

Qeyd edək ki, “Qarabağ”a “Anortosis”dən keçən Ndlovunun Ağdam klubu ilə müqaviləsinin müddəti yayda başa çatır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600