“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

media-hightechnic-468x90

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada bəlli olub.

Çempionlar yolunun əvvəlki mərhələlərində “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə “Molde” (Norveç) ilə üz-üzə gələcək. Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək. İlk iki oyunu evdə keçirən “Qarabağ” yenə rəqibini öz meydanında qəbul edəcək.

Qeyd edək ki, sabah pley-off mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın yer aldığı cüt həmin tədbirdə mümkün rəqibini tanıyacaq. 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05