“Sumqayıt” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Yenicag.az xəbər verir ki, sözügedən klub Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” görüşünün nəzərdə tutulandan 1 gün sonra – 22 aprel tarixdə keçirilməsini xahiş edib. “Sumqayıt”ın müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL aşağıdakı qərarı qəbul edir.
Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” oyunu 22 aprel tarixdə keçirilsin. Oyunun başlanma vaxtı saat 19:00 təyin edilsin.
Qeyd edək ki, “Qarabağ” bu oyunda çempionluğunu rəsmiləşdirə bilər.
www.yenicag.az