Qaradəniz Texniki Universitetində 31 mart soyqırımı anılıb-Foto

media-hightechnic-468x90

img1778834Universitetin Tarix Klubunun düzənlədiyi konfransa məruzəçi olaraq Azərbaycandan olan professor Kamil Vəli Nərimanoğlu dəvət edilib

Qaradəniz Texniki Universitetinin Tarix Klubu 31 Mart soyqırımını konfrans keçirib. Törən şəhidlərin ruhuna sayğı duruşu və Türkiyə, Azərbaycan dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Açılış nitqini söyləyən Türk Dili və Ədəbiyyatı Bölümünün professoru Kemal Üçüncü tarixdən dərs almağın önəmindən danışıb: “Bu olayların gündəmə gətirilməsi son dərəcə önəmlidir. Çox təəssüf, həmin dönəmdə baş verən türk soyqırımlarını dünyaya yetərincə anlada bilməmişik. Bəlli çevrələr türk soyqırımlarını arxa plana keçirərək bir millət olaraq başımıza gətirilən faciələri bizə fərqli tərzdə anlatmağa cəhd ediblər. Bu gün də səssiz qalmağımızı, bu tarixlərin üzərindən sükutla keçməyimizi istəyirlər. Ancaq bir millət olaraq bizim vəzifəmiz tarixi unutmamaq və ondan dərslər almaqdır”.

Karadeniz Texniki Universitetinin Tarix Klubunun başqanı Murat Yılmaz 31 Martla yanaşı türk xalqının yaşadığı digər qətliamların tarixdə dərin yaralar açdığını bildirib: “Keçmişdə yaşananlar bu gün beynəlxalq arenada siyasi olay halına gətirilərək çözümsüzlüyə sürüklənir. Tarixin dərslərindən qorxanlar bu gün siyasətdən mədəd ummaqdadırlar. Bunun nəticəsində dünyaya erməni soyqırımı yalanları söylənməkdədir. Saxta erməni soyqırım iddialarına inanan dünya çoxsaylı faktlarla təsdiqlənən 31 Mart soyqırımı haqqında sadəcə susur. Təbii, biz bu duruma səssiz qala bilmərik”.

Konfransa məruzəçi olaraq dəvət edilən İstanbul Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğlu törən iştirakçılarına 1918-ci ildə daşnak-bolşevik qruplarının Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı ilə bağlı geniş bilgi verib: “Əgər Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətinə çağırışından sonra Azərbaycana göndərilməsəydi Azərbaycan türkü deyə bir anlayış qalmayacaqdı. Çünki ermənilər öz milli maraqları üçün bolşeviklərdən dəstək alaraq Azərbaycan türklərini yox etməyi məqsəd seçmişdilər. Azərbaycan türkləri tarix boyu ermənilərlə qonşuluqdan çox əziyyət çəkib. Ötən əsrdə soydaşlarımız 3 dəfə əsrlərlə yaşadıqları torpaqlardan deportasiya edilib. Ancaq dünya bu haqda susur. Bunun qarşılığında heç bir faktla təsdiqini tapmamış qondarma erməni soyqırımını qəbul edir”.

Kamil Vəli Nərimanoğlu bildirib ki, erməni yalanlarının qarşısını almağın və türk millətinin təhlükəsizliyini təmin etməyin yolu Türkiyə və Azərbaycan dövlətlərinin güclənməsindən keçir: “Bunun üçün dövlətlərimiz eyni hədəf və birlikdəliklə yola davam etməlidirlər”.
Konfransda 31 Mart Soyqırımını əks etdirən sərgi də təşkil edilib.

Qaradəniz Texniki Universitetində 31 Mart soyqırımı anılıb  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir342/img1778837.jpg' target='_blank'>Yüklə</a>

Qaradəniz Texniki Universitetində 31 Mart soyqırımı anılıb  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir342/img1778839.jpg' target='_blank'>Yüklə</a>

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600