Qaribaşvili İrəvanda Paşinyanla görüşdü - YENİLƏNDİ

media-hightechnic-468x90

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 12-də Ermənistana işgüzar səfər edib. 

Yenicag.az xəbər verir ki, Baş nazir Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak edəcək.

Zvartnots Beynəlxalq Hava Limanında Gürcüstan nümayəndə heyətini Ermənistan hökumətinin baş nazirinin müavini Tiqran Xaçatryan, Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistandakı müvəqqəti işlər vəkili İrakli Kvançaxadze qarşılayıblar.

Qeyd edək ki, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası 2021-ci ilin dekabrında Tbilisidə keçirilib.

*** 11:04

Gürcüstan Baş naziri İrakli Qaribaşvili bu gün Ermənistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, o, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Həmçinin, tərəflər arasında Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600