!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaşıqçının cinayətində yeni izlər: Cəsəd Yalovada gizlədilib? - VİDEO

!Reklam – Yazi

Camal Qaşıqçının axtarışları Yalovada yerləşən bağ evində davam etdirilir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, səudiyyəli jurnalist Camal Qaşıqçının axtarışları konsulluq binasından kənarda da aparılır.

Yayılan xəbərlərə əsasən, konsulluğun kamera görüntülərində jurnalistin itkin düşdüyü gün konsulluq binasından çıxan 26 avtomobil də istintaq araşdırmasına cəlb olunub.

Həmin avtomobillərdən birinin Yalovadakı bir bağ evinə, birinin isə Belqrad meşələrinə doğru hərəkət etdiyi müəyyən edilib. Türkiyə təhlükəsizlik orqanları həmin dəlillər əsasında hazırda jurnalistin cəsədini tapmağa çalışır. Bölgədə qazıntı işlərinin aparılması gözlənilir.

Hazırda bütün diqqətlər Yalovadakı bağ evinə yönəlib. Yalova şəhər mərkəzi və şəhərin ətrafında axtarışlar 3 gündür davam edir.

Cəsədin bu ərazidə olması etimalını yüksəldən əsas amillərdən biri də, qara rəngli mikroavtobusun eyni yerdən bir neçə dəfə keçməsidir. Belə ki, ərazidə qatillərdən birinin şəxsi mülkünün olması etimal edilir.

Həşim Səhrablı

www.yenicag.az

3350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv