Qatarda qorxulu anlar yaşanıb

media-hightechnic-468x90

qatardatyÖtən gecə Bakı-Böyük Kəsik istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.

Bu barədə sərnişinlər məlumat veriblər. Onlar bildiriblər ki, qatarın hərəkəti bir neçə saat dayanıb və oradakı insanlar qatarda hansısa partlayışın olması panikasını yaşayıblar.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzVision.az -a faktı təsdiqləyib. Bildirib ki, qatarlarda hansısa partlayış hadisəsi baş verməyib. Yaranan kiçik problem isə dərhal həll edilib.

“Kontakt şəbəkədə, elektrik birləşmələrində açılma olub. Buna görə də lokamativi dəyişiblər, qatarı elektrovozla çəkib sonra yola salıblar. Buna görə də qatarlar gecikib. Hər hansısa partlayış olmayıb”-deyə N. Əzməmmədov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600